"Bu gün koronavirusa yoluxanların 32 nəfəri Gəncədəndir..." - TƏBİB-dən xəbərdarlıq
04-05-2020 [21:12]
“Bu gün Azərbaycanda daha 52 nəfərdə koronavirus aşkarlanıb. Təkcə Gəncədə isə 32 yoluxma halı qeydə alınıb. Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejimi tələblərinin ciddi pozulduğunu göstərir”.
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
“Bu təkcə Gəncəyə deyil, ölkənin digər iri şəhərlərinə də aiddir. Karantin rejimi qaydalarının yumşaldılmasından sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar sosial məsafəni gözləmirlər və maska taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə məqsədilə bütün tədbirləri görüb. İndi vətəndaşlar məsuliyyət göstərməli və karantin rejimi qaydalarına ciddi əməl etməlidirlər”, - deyə V.Əliyev bildirib.
Vasif Əliyev xatırladıb ki, Operativ Qərargahın sonuncu brifinqlərinin birində koronavirusa daha çox yoluxmanın aşkarlandığı bölgələr açıqlanıb. Onlar arasında Gəncədən başqa, Bakı, Sumqayıt, Lənkəranın adı çəkilib.
"Gərgin epidemioloji vəziyyət hökuməti bu şəhərlərdə karantin rejimini yumşaltmamaqla bağlı qərar verməyə məcbur etdi.
Gəncədə yoluxanların sayının sürətlə artması ciddi siqnal kimi qəbul edilməldiir. Karantin rejimi gözlənilməsə, digər şəhərlərdə də vəziyyət pisləşəcək. İnsanlar başa düşməlidirlər ki, koronavirusla mübarizə bir-iki günün problemi deyil. Vəziyyətə daha ciddi yanaşmaq lazımdır”, - deyə V.Əliyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət hər gün analiz edilir və əgər xəstələrin sayında artım müşahidə olunarsa, karantin rejimi nəinki uzadılacaq, eyni zamanda, yenidən sərtləşdiriləcək:
“Azərbaycanın regionlarında xəstələrə bütün mümkün yardımı göstərən peşəkar həkimlər və xəstəxanalar var. Həmçinin, REACT-C19 layihəsi çərçivəsində Azərbaycana Türkiyədə təlim keçən həkimlər də gəldi. Onlar da regionlara göndərildi”. /Haqqın.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi