Füzuli Ələkbərovdan işçilərinə sərt xəbərdarlıq

img

04-10-2013 [14:20]


Oktyabrın 4-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov paytaxt sakinlərinin şikayətlərini dinləyib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, nazir Yasamal, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, Sabunçu və Xətai sakinlərinin iştirakı ilə şikayətləri araşdırıb.

Şikayətlər əsasən ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı ilə bağlı olub. Bəlli olub ki, yerli strukturların bəzi əməkdaşları vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərir.

Xəbərdə qeyd olunur ki, nazirin tapşırığı ilə vətəndaşları narazı salan məmurların cəzalandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA