Sabirabadda Cəmil Həsənlinin mitinqində qarşıdurma

img

04-10-2013 [14:19]


Sabirabadda Cəmil Həsənlinin mitinqinə müdaxilə davam edir. Təxminən 100 nəfər "Milli Şura rədd olsun” şüarları ilə mitinqin keçirildiyi stadionun ortasına qədər irəliləyib və mitinqi dağıtmağa cəhd göstərir.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, stadionda olan az sayda polis qüvvəsi qarşıdurmaya müdaxilə etmir. AXCP sədri Əli Kərimli çıxış edərkən həmin şəxslər səsgücləndiricilərlə ona mane olmağa çalışıblar.

Yeni qoşulanlar əsasən qadınlardan və ahıllardan ibarətdir.

Xalq Partiyasının sədri Pənah Hüseyn çıxışında İlham Əliyevi "qadınlara önə buraxmaqda, müxalifətçilərin üzərinə yönəltməkdə” ittiham edib.

Cəmil Həsənli ilə görüşə təxminən bir neçə yüz nəfərin gəldiyini deyir. Polis mitinqçiləri digər sakinlərdən sədlə ayırıb.

Polisdən açıqlama almaq mümkün olmayıb.

Hadisə yerindən görüntülər tezliklə saytımızda olacaq...

SAAT - 12:35 - MİLLİ ŞURANIN GÖRÜŞÜNƏ MANEƏLƏR YARADILIR...


Cəmil Həsənlinin görüşündə qarşıdurma
​Oktyabrın 4-də, Sabirabadda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin görüşünə bir qrup şəxs mane olmağa çalışır.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Sabirabad stadionu qarşısına toplaşmış təxminən 25-30 nəfər kişi görüşə gələnləri stadiona buraxmır. Həmin şəxslər əllərində "İlhamla İrəli” plakatları tutublar, sinələrinə prezident İlham Əliyevin fotolarını vurublar. Onlar İlham Əliyevi dəstəklədiklərini deyiblər.
Həmin şəxslər Xalq Partiyasının rəhbəri Pənah Hüseynin tərəfdarlarına hücum çəkib, onu Sabirabaddan millət vəkili olan zaman rayon üçün heç bir iş görməməkdə suçlayıb.
Hələlik Cəmil Həsənli görüş yerinə gəlməyib.
Polis tədbirə maneçilik törədənlərə müdaxilə etməyib, hadisəni kənardan seyr edib.
Qarşıdurma zamanı prezidentliyə namizədin tərəfdarları "istefa" şüarları səsləndiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA