TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı: 5697 nəfər test edilib + CƏDVƏL

img

02-05-2020 [23:01]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Mia.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Bildirlib ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Onu da qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 1 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1 411 nəfər müalicə olunaraq sağalmış, 25 nəfər vəfat etmiş, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir:

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA