Partiya sədrindən Baş prokuror təyinatına reaksiya: "Kamran Əliyevin bu yanaşması onu göstərir ki..."
02-05-2020 [12:17]
Bu həftə gündəmə damğasını vuran ən önəmli hadisə sözsüz ki, yeni Baş prokurorun təyin edilməsi məsələsi oldu.
Bildiyimiz kimi Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürmüşdü. Milli Məclisin bügünkü plenar iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələyə baxıldı və məsələ səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi. Milli Məclisin razılıq verməsindən sonra Prezident İlham Əliyev Kamran Əliyevin respublikamızın Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzaladı.
Yeni təyinatla bağlı fikirlərini Mia.az-a bölüşən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Əlisahib Hüseynov bildirib ki, o, Milli Məclisin dünənki iclasında iki məqamın üzərində xüsusilə dayanmaq istəyir:
"Birinci məqam Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin Milli Məclisin plenar iclasının işində ilk dəfə iştirak etməsi ilə bağlıdır.
Ədalət müəllim iclasda çıxış etdi və Baş prokuror postuna namizədi parlamentarilərə təqdim etdi. O qeyd etdi ki, Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən, dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir. Baş prokurorluğa namizədin Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri tərəfindən təqdim edilməsi yeni formatdır, yeni ənənədir. Mən bu formatı təqdir edirəm. Əminəm ki, bu şöbə dövlət başçısı ilə parlament arasında daha işgüzar və daha səmərəli əlaqələrin qurulmasında son dərəcə mühüm rol oynayacaq. Şöbənin Prezidentlə parlamentarilər arasında birbaşa kommunikativ körpü rolunu oynayacağı şəksizdir. Bu həm də ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın işləkliyini, effektivliyini göstərir. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkə siyasətinə tamamilə yeni keyfiyyət qazandırır və dinamiklik gətirir. Mən bu ağır və şərəfli işdə Ədalət müəllimə uğurlar diləyirəm.
İclasda Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyevin inamlı, təmkinli tərzdə çıxış etməsi mənim diqqətimi cəlb edən ikinci əsas məqam oldu. Bu vəzifəyə təyin olunmağı ilə bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və eləcə də bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisə təşəkkür edən K.Əliyev, eyni zamanda, prokurorluq orqanları qarşısında duran ən ümdə vəzifələri öz çıxışında məntiqi ardıcıllıqla qeyd etdi.
Mən fürsətdən istifadə edib, həmin vəzifələri burda olduğu kimi qeyd etmək istəyirəm".
Partiya sədri həmin vəzifələri aşağıdakı fomada sadalayıb:
"- Dövlətin təhlükəsizliyinə qəsd edilən cinayətlərə qarşı mübarizənin kəsərinin artırılması, dövlətçiliyin daxili və xarici təhlükələrdən müdafiə edilməsi;
- Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq və mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsi;
- Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsində prokurorluğun iştirakının genişləndirilməsi;
- Həm dövlət,həm də özəl sektorda korrupsiyanın bütün təzahür formalarını, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi;
- Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar konteksində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarklığın hüquqi vasitələrlə dəstəklənməsi;
- Ölkə iqtisadiyyatının kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə yaxından iştirak etmək;
- Məhkəmələrdə dövlət və onun müdafiə edilməsi işinin keyfiyyətcə yeni mərhələyə qaldırılması, balanslaşdırımış cəza siyasətinə riayət edilməklə cəzanın məqsədləriə nail olunmasında əsaslı dönüş əldə edilməsi;
- Beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübəni cari fəaliyyətimizdə tətbiqi.
Kamran Əliyevin bu yanaşması onu göstərir ki, o, Prezident İlham Əliyevin siyasi iradəsi ilə başladılan və hazırda davam etdirilən islahatlar prosesinin yeni dövrdə Azərbaycan prokurorluğu qarşısında olduqca mühüm vəzifələr qoyduğunu tamamilə düzgün dərk edir və məsələlərə kifayət qədər peşəkar yanaşma ortaya qoyur. Deməli, dövlət quruculuğunun bu yeni mərhələsində prokurorluq orqanları öz işinin öhdəsindən uğurla gələ biləcək. Bu da olduqca vacib amildir. Çünki prokurorluq ölkənin digər hüquq-mühafizə qurumları arasında bir növ əlaqələndirici və tənzimləyici rolunu oynayan həlledici təsir gücünə malik instansiyalardan biridir. Odur ki, bir çox məsələlər sonda mütləq gəlib prokurorluğun fəaliyyətində birləşir, təmərküzləşir. İstənilən hüquqi prosesin gedişatı prokurorluğun mövqeyi ilə müəyyən olunur. Bu mənada məhkəmə-hüquq sistemində islahatların bundan sonra da dərinləşdirilməsi bu və ya digər şəkildə məhz prokurorluğun necə fəaliyyət göstərməsindən asılı olacaq. Bax, belə bir həlledici məqamda prokurorluq sisteminə Kamran Əliyev kimi geniş planda düşünməyi bacaran, islahatlar prosesinin vektorlarını düzgün müəyyən edə bilən peşəkar bir şəxsin rəhbərlik etməsi çox önəmlidir. Mən Kamran müəllimi bu yeni vəzifəyə təyin edilməsi münasibətilə ürəkdən təbrik edir və cənab Prezidentin də bu seçimini tam dəstəkləyirəm. Bəli, Prezident kifayət qədər uğurlu kadr seçimi edib. Bu doğru fikirdir ki, istənilən islahatların uğuru ilk növbədə uğurlu kadr siyasətindən asılıdır".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi