Deputatlar yeni Baş prokurora "hə" dedi - Kamran Əliyevdən ilk açıqlama

img

01-05-2020 [11:27]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, Kamran Əliyevin Baş prokuror təyin olunması haqda təqdimat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Kamran Əliyev isə parlamentin bu gün keçirilən iclasında ona etimad göstərdiyinə görə Prezidentə təşəkkürünü bildirib.

O deyib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli yol keçib:

“Ölkə başçısının həyata keçiridiyi siyasət nəticəsində ölkəmizdə sabitlik bərpa edilib. Hazırda ölkəmizdə social və iqtisadi çağırışları hədəfləyən islahatlar aparılır. İslahatlar Azərbaycan Respublikası prokurorluğunu əhatə edir. Hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında mühüm və ümdə məsələlər qoyur”.

Xatırladaq ki, qanuna görə. ölkə Prezidenti Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA