"Xaricdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq” - XİN

img

30-04-2020 [21:52]


“Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, Rusiyada qalan azərbaycanlılar ölkəyə gətirilir: “İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələdə də yerdə qalan şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA