XİN Rusiyadakı azərbaycanlılara səsləndi
30-04-2020 [16:15]
“Qlobal sağlamlıq böhranı ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrdə olan və geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə qaytarılması üçün təxirəsalınmaz tədbirləri görüb və tədbirlər hələ də davam etməkdədir”.
Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, hətta hazırkı xüsusi karantin rejimində xarici ölkələrdəki vətəndaşlarımız ölkəyə geri qaytarılır:
“Bildiyiniz kimi, Rusiya Federasiyasındakı vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün xüsusi portal yaradılıb, vətəndaşlarımızın onlayn qeydiyyatı həyata keçirilib. Ötən həftələrdə bir qrup vətəndaşımız, 548 nəfər ölkəyə qaytarılıb və Rusiyadakı digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Lakin nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir və bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir.
Tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciətlər edilib, ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri həmyerlilərimizə çağırış edib, onları anlayış göstərməyə səsləyib. Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara “Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış məntəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar. Bir daha vurğulamaq istərdik ki, vətəndaşlarımızın ölkəyə gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Bu xüsusda, əlbəttə, həkimlərimizi də düşünməliyik, demək olar ki, fasiləsiz çalışan tibbi personalın əməyinə hörmət nümayiş etdirməliyik. Onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdə də müvəqqəti qalan və geri qayıtmaq istəyən vətəndaşlarımız var, onların da vətənə qaytarılması üzrə işlər görülür.
Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşımızın bunu anlaması vacibdir. Bir daha qeyd etmək istərdik ki, Hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi