Prezident İlham Əliyev Zakir Qaralovla telefonla danışdı - Nələr müzakirə olunub?

img

30-04-2020 [13:23]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA