"DƏRSLƏRİN AÇILMASI REAL DEYİL" - Təhsil Nazirliyindən mesaj

img

30-04-2020 [13:17]


"Dərs ilinin sonuna qədər məktəblərin açılması yəqin ki, real görünmür. Məktəblərdə şagirdlər arasında sosial məsafənin saxlanılmasını təmin etmək çətin olacaq. Ona görə də yəqin ki, bu, real deyil".

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibəsində deyib.

M.Vəliyeva qeyd edib ki, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır: "Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA