"Hələ də çoxları bundan nəticə çıxarmayıb" - Vitse-spikerdən icra başçısının həbsinə reaksiya
30-04-2020 [12:55]
“Biləsuvar rayonunda baş verən olaylara heç də qısa zaman kəsiyində baş verən hadisə kimi baxmaq lazım deyil. Mənə elə gəlir ki, bu prosesə son aylarda, xüsusən bir neçə ay əvvəl Ağstafa, Yevlax, ardınca Neftçalada baş verən hadisələrin məntiqi davamı kimi yanaşmaq lazımdır”.
Bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda həyata keçirdiyi əməliyyatı şərh edərkən deyib.
Vitse-spiker bir neçə gün öncə İsmayıllı şəhər İcra nümayəndəsinin DTX tərəfindən həbsinə də diqqət yetirməklə bir neçə məqamı nəzərə çatdırıb:
“Birincisi, DTX-nın atdığı bu addımlar belə bir fikir söyləməyə əsas verir ki, bu gün dövlətimiz çox etibarlı əllərdədir. Harada və hansı təbəqəyə aid olmasından asılı olmayaraq, vəzifəsindən, mənsəbindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, dövlətin yürütdüyü siyasi kursdan yayınanlar, dövlətin irəli sürdüyü təmizlik, vicdanlı, ədalətli münasibətdən kənar addım atanlar, rüşvətə, korrupsiyaya bulaşanlar və digər məqamlarla bağlı atılan addımlarda günahı olan hər bir kəsin cəzası var. Bu artıq bir silsilə formasını alıb. Mənə elə gəlir ki, Biləsuvar rayonunda baş verən hadisə həmin hadisələrin qanunauyuğun davamıdır”.
F.İbrahimli təəssüf hissi ilə qeyd edib ki, bəzi məmurların bundan öncəki hadisələrdən nəticə çıxarmaq əvəzinə bu əməllərini davam etdirmək bir arxayınçılığın əlamətidir:
“Güman edirəm ki, bu addımlar respublikada gedən siyasi proseslərin, islahatların, dövlət başçısının bəyan etdiyi təmiz, pak, vicdanlı siyasətin həyata keçirilməsi yolunda çox ciddi siqnallardan biri olacaq. Bir daha qeyd edirəm ki, mövqeyindən asılı olmayaraq qanun qarşısında hər bir şəxs cavabdehdir. Ölkəmizdə ciddi siyasi islahatlar başlanıb və bu istiqamətdə ciddi addımlar atılır. Dövlət qanunlarından, konstitusiyadan kənar fəaliyyət göstərən hər bir şəxsin aqibəti bax, bu cür olacaq. Dövlət başçısının həyata keçirdiyi bu siyasətə uyğun olaraq DTX-nın çevik, ardıcıl, mütəmadi olaraq addımlar atması cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir və alqışlanır. Güman edirəm ki, cəmiyyətin sağlamlaşdırılması istiqamətində qudurğan, özünü fövqəlqüvvə hesab edən, ona tapşırılan etimadı doğrultmayan hər bir kəsi bu aqibət gözləyir. Bu bir nəticədir. Bu hadisələrdən hər bir şəxs özü üçün nəticə çıxarmalıdır”.
Vitse-spiker onu da bildirib ki, baxmayaraq dövlət başçısı bütün müşavirələrdə çıxışlarında ciddi mesajlar verib:
“Ancaq təəssüflər olsun ki, hələ də çoxları bundan nəticə çıxarmayıb. Dövlət başçısı sərt formada addım atıb, qısa zaman ərzində belə qanunsuz edən şəxsləri cəzalandıra bilər. Amma dövlət başçısının işi təkcə insanları cəzalandırmaq deyil, onları tutduqları səhv yoldan döndərmək üçün vaxt verir. Bu cür insanları tərbiyə etmək istəyir. Ölkə başçısı bu cür mesajlar verməklə cəmiyyətin durulmasına xidmət edən, bu işlərin rəvan formada həyata keçirilməsi istiqamətində addımlar atır. Ataların bir misalı var. “Qananı sözlə, qanmayanı bizlə”. Görünür müəyyən qüvvələr var ki, bu hadisələrdən nəticə çıxarmaq əvəzinə, tutduqları yanlış yoldan dönmək istəmirlər. Nəticə etibarilə də bu aqibəti yaşamalı olurlar. Bu aqibəti yaşayan adamların dövlət başçısının ona olan etimadına xəyanətdir. Xəyanəti isə nə dövlət, nə də Tanrı bağışlayır. Vicdanı qarşısında məsuliyyətsiz olan insanın aqibəti belə olmalıdır. Göz yaşı üzərində, yetim-yesirin tikəsi üzərində varlanmaq ehtirası buna gətirib çıxarmalıdır. Kadrlar fəaliyyətlərində ciddi dönüş edib, iş prinsiplərini dəyişməlidir. Dövlətin, dövlət başçısının yürütdüyü xəttə uyğun fəaliyyətlərini davam etdiməlidir. Fəaliyyətlərini konstitusiya, qanunlar çərçivəsində qurmalıdırlar”. /Ölkə.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi