Azərbaycanda indiyədək 1267 nəfər koronavirusdan sağalıb - 137 mindən çox insan test olunub

img

29-04-2020 [18:51]


Azərbaycanda indiyədək koronavirusa yoluxanlardan 1267 nəfər sağalıb, 138 minə yaxın insan isə test müayinəsindən keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında bildirilib.

Qeyd olunub ki, bu günədək ölkəmizdə 1 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 1 267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 137 379 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA