03-10-2013 [17:59]
"Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan "2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində növbəti görüşlərini Lənkəran və Xaçmaz şəhərlərində keçirib.
Tədbirlərdə çıxış edən "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə rəhbərlik etdiyi alyansın məqsəd və vəzifələri barədə məlumat verib. S.Verdizadə jurnalistlərin cəmiyyətin aktiv hissəsi olduqlarına diqqəti yönəldib, bu peşə sahiblərinin ayrı-ayrı vətəndaş qrupları ilə təmaslarının önəmini vurğulayaraq 9 oktyabr prezident seçkisini xalqın iradəsindən asılı olan proses kimi dəyərləndirib. Bu iradənin nümayişi ölkədə baş verən prosesləri görmək, onlardan düzgün nəticə çıxarmaq məsuliyyətini ön plana çıxarır.
"Jurnalist-QHT Koalisiyası olaraq bizim istəyimiz budur ki, insanlar seçkiyə getsinlər və iradələrini ortaya qoysunlar, vətəndaşlıq borclarını yerinə yetirsinlər, seçdikləri namizədə səs versinlər. Onların düzgün seçimlərindən bu ölkənin və onun hər bir insanının gələcək taleyi asılıdır. Elə bilirəm ki, sizlər də seçkinin məsuliyyət yükünü məhz bu cür dəyərləndirirsiniz. Hamınızı seçkidə fəal iştiraka dəvət edirəm” deyən S.Verdizadə prezident müxtəlifə sərəncamlarının, eləcə də ümumilikdə dövlət siyasətinin seçkinin azad, ədalətli və şəffaf təşkili üçün hüquqi baza rolunu oynadığını vurğulayıb.
"RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komistəsinin icraçı direktoru Əvəz Rüstəmov isə çıxışında bildirib ki, seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün ona vətəndaş cəmiyyətinin nəzarəti mütləqdir. Media təkcə seçki prosesini işıqlandırmır, eyni zamanda vətəndaşlar arasında fəal maarifləndirici rol oynayır. «Seçki hüququ insanların təməl hüquqlarındandır. Yəni bizlər seçkidə iştirak etməklə, müəyyənləşdirdiyimiz namizədə səs verməklə özümüzün təməl hüquqlarımızdan istifadə etmiş oluruq. Bu hüquqlardan istər Azərbaycan, istərsə də beynəlxalq qanunvericilikdə kifayət qədər geniş bəhs edilir”.
Ə.Rüstəmov seçkidə iştirakın həm də mühüm siyasi mədəniyyət nümunəsi olduğunu vurğulayıb.
Tanınmış jurnalist Etibar Cəbrayıloğlu isə 70 illik imperiya əsarətini yaşamış Azərbaycanda uzun müddət seçki ənənəsinin olmadığına diqqət çəkib. «Şübhəsiz, burada toplaşmağımız da seçki fəallığının təminatına yönələn addımlardan biridir. Müzakirələr nəticəsində ortaq mənafe və baxışlarımızı müəyyənləşdiririk, fikir və düşüncələrimizi qətiləşdiririk. Hesab edirəm ki, belə formatlı toplantılarda səslənən hər bir fikir ümumən vətəndaş cəmiyyəti quruculuğuna dəstəyin nümunəsidir».
Demokratik Jurnalistlər Liqasının sədr müavini Malik Bayramov sivil cəmiyyət quruculuğu mərhələsinin mühüm atributu olan demokratik seçki prosesində bütün təbəqələrin aktiv rol oynamasının vacibliyini önə çəkib. Medianın mövcud xüsusda bir növ katalizator kimi çıxış etdiyini deyən M.Bayramov eyni zamanda bildirib ki, görülən işlərin vətəndaşlar içərisində adekvat qarşılandığını görmək effektivliyin təminatı baxımından zəruridir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi