ATƏT PA-nın yay və payız sessiyaları təxirə salındı: rəhbərliyin səlahiyyət müddəti uzadıldı
28-04-2020 [17:19]
Aprelin 27-də ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilmiş onlayn Büro iclasında iştirak edib.
Milli Məclisin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, büro iclasında koronavirus (Covid19) pandemiyası şəraitində Parlament Assambleyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, komitə və alt-komitə sədrlərinin, xəzinədarın, eləcə də xüsusi nümayəndələrin hesabatları dinlənilib.
İclasda ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Respublikasının Baş Naziri və Xarici İşlər naziri Edi Rama, Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç məruzə ilə çıxış ediblər. Müzakirələrdə Azay Quliyev çıxış edərək koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı fəsadların aradan qaldırılması, iqtisadi böhran, münaqişələr, irqçilik, qeyri-qanuni miqrasiya, qaçqın və məcburi köçkünlərin vəziyyəti kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini vurğulayıb. Natiq böhran vəziyyətindən çıxmaq üçün ATƏT-in Zirvə toplantısının - üzv ölkələrin dövlət və hökumət başçılarının Sammitinin keçirilməsini təklif edib.
Azay Quliyev vurğulayıb ki, ATƏT ərazisində pandemiyanın ağır nəticələrini yalnız vahid strategiya, dövlət və hökumət başçılarının fəaliyyətinin effektiv koordinasiyası və birgə əməkdaşlığı nəticəsində aradan qaldırmaq mümkündür. ATƏT-in sonuncu Zirvə toplantısının 10 il əvvəl, 2010-cu ildə Astanada baş tutduğunu xatırladan deputatımız növbəti Sammitin keçirilməsinin vacibliyini qeyd edib.
ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin fəaliyyəti ilə bağlı müzakirələrdə deputatımız Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz “prezident və parlament seçkiləri”nə adekvat qiymət verdiyinə görə Büro üzvlərinə təşəkkür edib və bu kimi halların qarşısının alınması istiqamətində səyləri artırmağa çağırıb.
Tədbirdə Azay Quliyev pandemiya fonunda “Bioloji silahların yayılmamasına dair Konvensiyanın” tələblərinin yerinə yetirilməsi ilə bağlı monitorinqin aparılmasının vacibliyini vurğulayıb.
İclasda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi