Təhsil Nazirliyindən dərslərin nə zaman açılacağı haqda daha bir - Açıqlama

img

28-04-2020 [16:53]


“Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

Mia.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

Müşavir  bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır: “Azərbaycan koronavirusa pandemiyasına çevik reaksiya verməsi ilə nümunə oldu. Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”.

E.Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb. O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA