“Gürcüstanda koronavirusun yayılmasının pik həddi hələ baş verməyib” - Nazirdən bəyanat

img

28-04-2020 [15:21]


“Gürcüstanda koronavirusun yayılmasının pik həddi hələ baş verməyib”.

Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, bu, ölkədə həyata keçirilən tədbirlər sayəsində mümkün olub: “Lakin bu o demək deyil ki, virusa yoluxanların sayı artmayacaq. Biz müəyyən pik həddin yetişəcəyini gözləyirik”.

Nazir deyib ki, pik həddə belə ölkədə bütün pasiyentlərin müalicəsi üçün tələb olunan resurslar var.

Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 511 nəfər yoluxub. Onların 156-sı sağalıb, 6-sı isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA