"Hazırda aktiv xəstə sayı 494 nəfərdir" - TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

img

27-04-2020 [22:14]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Mia.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 676 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 128 807 test aparılıb.

Bildirilib ki, bu gün Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb. Onlardan 1 162-si sağalıb, 22-i ölüb. Hazırda aktiv xəstə sayı 494-dür.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA