Ədliyyə naziri vəzifəsindən azad edildi - Polis və xdmət rəislərinə yüksək vəzifələr verildi + YENİ TƏYİNATLAR

img

27-04-2020 [21:00]


Bu gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis sədrinin digər fərmanı ilə isə Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

Məlumata görə, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA