03-10-2013 [12:03]
Oktyabrın 7-dən 13-dək Daxili İşlər Nazirliyinin (DİN) bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai yerlərdə hüquq qaydasının etibarlı təmin edilməsi üçün post-patrul xidməti naryadlarının sayı artırılacaq. Bu barədə Trend-ə açıqlamasında oktyabrın 9-da Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər barədə məlumat verən Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib.
C.Məmmədov bildirib ki, polis əməkdaşları öz xidməti vəzifələrini seçki məntəqəsindən ən azı 100 metr aralı məsafədə yerinə yetirəcəklər. Seçkiyə aid materialların (protokolların, bülletenlərin) mühafizəsi təmin ediləcək. Çünki Seçki Məcəlləsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polisin səsvermə zamanı seçki məntəqəsində olması qadağandır.
İdarə rəisinin sözlərinə görə, prezident seçkisi ilə bağlı asayişin mühafizəsi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə dair Tədbirlər Planı, eyni zamanda, əməliyyat şəraitinə uyğun yerli hüquq mühafizə və icra hakimiyyəti orqanları ilə razılaşdırılmış xüsusi tədbirlər planları hazırlanıb. Bundan əlavə, yerlərdən məlumatların vaxtında alınması, əməliyyat şəraitinin nəzarətdə saxlanılması və adekvat tədbirlərin görülməsi məqsədilə ayrı-ayrı xidmətlərin əməkdaşlarından ibarət qərargah yaradılıb: "Mümkün terror, təxribat hallarının qarşısının alınmasına hazırlıq məqsədilə su, hava, dəmiryol nəqliyyatında, avtovağzallarda, limanlarda, diplomatik nümayəndəliklərdə, Bakı Metropolitenində, böyük su tutarlarında, maddi sərvətlər, qiymətli əşyalar və pul vəsaitləri saxlanılan, habelə həyat əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri gücləndirilib."
C.Məmmədov qeyd edib ki, polis əməkdaşları üçün ATƏT-in Bakı Ofisinin nümayəndələrinin və Türkiyə polis ekspertlərinin iştirakı ilə "İctimai toplantıların idarə edilməsi", "Seçkilər zamanı ictimai asayişin mühafizəsi" mövzusunda seminarlar təşkil edilib. Mərkəzi Seçki və Dairə Seçki komissiyaları nümayəndələrinin iştirakı ilə Bakı, Gəncə, Şirvan, Lənkəran, Şəki, Yevlax, Quba şəhər, rayon polis orqanlarında ictimai təhlükəsizlik, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətlərinin rəhbər əməkdaşları ilə zonalar üzrə seminar-məşğələlər keçirilib. MSK ilə birgə polis əməkdaşlarının prezident seçkilərində iştirakına dair "Yaddaş kitabçası" hazırlanıb və xidməti istifadə üçün DİN-in aidiyyəti strukturlarına, o cümlədən şəhər, rayon polis orqanlarına göndərilib.
Sentyabrın 16-dan etibarən siyasi partiyaların, partiya bloklarının təbliğat, təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bundan əlavə, seçkinin uzun və qısamüddətli müşahidəsi məqsədi ilə Azərbaycana gəlmiş ATƏT-in, AŞPA-nın, MDB-nin, habelə digər beynəlxalq təşkilatların nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.
İdarə rəisi bildirib ki, ümumiyyətlə seçkilərlə bağlı yaranmış bütün məsələlərin həlli operativ şəkildə təmin ediləcək: "Dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ həll olunacaq. Zərurət yarandıqda səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcək."
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi