Sabahdan hava yağışlı və soyuq olacaq

img

03-10-2013 [13:02]


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktvabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturunun gecə 15 dərəcəyə yaxın, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti arabir saniyədə 23-25 metrədək güclənəcək, axşam isə 9-14 m/s-dək mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın aуп-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA