Bu il 31 nəfər korrupsiya cinayəti başında yaxalanıb

img

03-10-2013 [13:00]


Bu ilin 9 doqquz ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. Şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev keçirilən mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, korrupsiyaya qarşı səmərəli mübarizə bu ilin 9 ayı ərzində uğurla davam etdirilib. Bu müddət ərzində idarə tərəfindən 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olub. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 1078 müraciət təmin edilib.

Qeyd edək ki, bu ilin doqquz ayı ərzində idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanıb. Ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanmış, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb.

2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA