Almaniya Bundesliqası sərt qaydalarla bərpa olunacaq
26-04-2020 [17:08]
Mayın 9-da bərpası planlaşdırılan Almaniya Bundesliqasında koronavirus təhlükəsi ilə əlaqədar sərt qaydalar işə düşəcək.
Məlumata görə, qaydalar Almaniya Futbol İttifaqı (DFB) və Almaniya Futbol Liqasının (DFL) birgə hazırladıqları sənəddə əksini tapıb. Bildirilir ki, oyunçular ya komandaların otellərində, ya da öz evlərində qala bilərlər. Amma qarşı tərəfdə virus simptomları varsa, cinsi əlaqə və ya öpüşmək olmaz. Diş pastaları, dəsmal, qab-qacaq, içkilər və adyallar ayrı olmalıdır.
Stadionlara isə 300-dək şəxs buraxıla bilər. Həmin şəxslərdən 4-ü polis, 4-ü topdaşıyan uşaq, 8-i ot xidmətçisi, 10-u jurnalist və 50-si təhlükəsizlik xidməti işçisi olmalıdır.
Bütün komandalar ilk məşqdən əvvəl, biri oyunöncəsi olmaqla, həftədə iki dəfə testdən keçməlidir. Bu hal mövsümün sonunadək davam etməlidir. Gigiyena üzrə əməkdaş isə onlarda heç bir simptomun olmadığını təsdiqləməlidir. Mətbəxdə yeməyə icazə verilməyəcək, yeməyi aparmaq lazım gələcək. Yeməklər əvvəlcədən komandanın şef-aşpazı tərəfindən hazırlanmalı və yalnız fərdi su qablarından istifadə olunmalıdır.
Oyunçulara duş qəbulu və paltardəyişməni evdə etmələri tövsiyə olunacaq. Onlar şəxsi əşyalarını və ayaqqabılarını yuyucu maşına qoymalıdırlar.
Komandalar oyunlara futbolçular arasında məsafənin gözlənilməsi üçün bir neçə avtobusda gəlməlidirlər. Oyunçular maskada olmalı, avtobuslar isə stadionun girişində dezinfeksiya edilməlidir. Hər bir komanda müxtəlif vaxtlarda gəlib-getməlidir. Ev qarşılaşmalarına isə futbolçular öz maşınlarında gəlməlidirlər.
Onların bədən temperaturları qulaq termometrləri vasitəsilə ölçülməli, hər bir otaq dezinfeksiya edilməli, qapılar isə açıq saxlanılmalıdır.
Futbolçuların paltardəyişmə otaqlarında qalmaları minimuma endirilməli, aralarında 2 metrlik məsafə olmalı, futbolçular tək-tək duş qəbul etməlidirlər.
İki komandanın tuneldə eyni vaxtda olmasına icazə verilməyəcək və meydana çıxdıqdan sonra düzülüş, komanda vımpellərinin dəyişdirilməsi, əlsıxma, yan-yana durma halları olmayacaq. Ehtiyat oyunçular skamyada bir-birilərindən iki-üç oturacaq aralıda olmalı, lazım gəlsə, bəziləri tribunada oturmalıdırlar. Görüşdən sonra müsahibələr isə qarışıq zonaya girmədən minimum sayda olmalıdır.
Komandalar otellərə və nömrələrə ayrıca giriş, liftlə daxil olmalıdırlar. Onlar otelin digər sakinləri ilə təmasa girməməli və iki metrlik məsafəni gözləməlidirlər/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi