Avropa Peşəkar Futbol Liqalarına üzv liqalara vaxt verildi - Qərar
25-04-2020 [16:44]
Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv liqaların nümayəndələrinin növbəti videokonfransı keçirilib.
"Report"un məlumatına görə, görüşdə Azərbaycan Peşəkar Futbol Liqasının da nümayəndəsi iştirak edib.
Əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər.
Qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirib ki, şərtlər uyğun olacağı təqdirdə, çempionatları tam başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci 25 mayadək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat verilməlidir. Bu, UEFA İcraiyyə Komitəsinin verdiyi qərara əsasən tələb olunan tarixdir.
Həmin qərarda bildirilir ki, yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:
- Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbindən növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
- Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir. Əks təqdirdə, qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.
UEFA nəzdindəki 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsi hazırda 2 mümkün ssenari üzərində çalışdıqlarını və çempionatları tamamlamaq üçün tarixin ən geci iyulun sonu, avqustun əvvəlinin nəzərdə tutulduğunu bildirib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/2020 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel keçirmək niyətindədir.
Lakin bu, hər bir halda son variant deyil və işçi qrup mayın ortasınadək 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi