Prezident 4.6 milyonluq sərəncam verdi

img

02-10-2013 [20:07]


Prezident İlham Əliyev bu gün 4.6 milyon manatlıq sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncam Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında olub. Belə ki, sərəncamda səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Poylu-Düzqışlaq-Kolayır avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA