"O, həkim, yoxsa virusoloqdur?” - Sabiq nazir də xələfini "vurdu"
24-04-2020 [10:30]
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qorçakov Fondunun təşkil etdiyi "dəyirmi masa”da deyib ki, artıq danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həllini nəzərdə tutan bir sənəd mövcuddur.
O xatırladıb ki, "Madrid prinsipləri”, "Kazan prinsipləri” adlanan 2010-2011-ci illərdə Rusiya tərəfindən hazırlanan sənədlər, eləcə də həmsədrlərin iştirakı ilə keçirilən və hazırda fəal müzakirə olunan, Azərbaycan, Ermənistan və Rusiya Xarici İşlər nazirlərinin keçən ilin aprelində Moskvada elan olunan layihələri var.
Baş verənləri şərh edən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrincə, əslində, Rusiya Xarici İşlər nazirinin sözügedən açıqlaması yeni bir şey deyil:
"25 ildir danışıqlar prosesinin parametrləri dəyişməyib. Lavrovun bu məsələni yenidən qaldırmasına səbəb nə oldu? Qlobal pandemiya nəticəsində Rusiyaya ağır zərbə vuran iqtisadi böhran başladı və biz beynəlxalq münasibətlərdə də bu böhranı görürük.
Bununla da fövqəldövlətlərin regional məsələlərə diqqəti xeyli zəifləyib. Mövcud vəziyyət həm erməniləri, həm də Rusiyadakı ermənipərəst dairələri çox narahat etdi və buna görə də bir növ fəaliyyət göstərdiklərini təqlid etmək məcburiyyətində qaldılar".
Sabiq nazirin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi, bəlkə də Qərblə Rusiyanın mövqelərinin bir çox cəhətdən üst-üstə düşdüyü yeganə mövzudur: "Dünyadakı mövcud vəziyyət və müxtəlif dairələrin buna reaksiyası Ermənistan ilə Azərbaycanın münaqişənin həlli üçün tək qaldıqlarını göstərir. Əvvəllər bütün bunlar Rusiya tərəfindən idarə olunurdu, amma Moskvanın Yerevana dəstəyi sual altındadır. Lavrovun sözügedən bəyanatı da Ermənistan və Rusiyanın münaqişənin həlli ilə bağlı mövqelərinin adekvat olmadığını göstərir”.
Zülfüqarov hesab edir ki, Rusiya Xarici İşlər naziri Ermənistan tərəfinin qəbul etmədiyi, 25 il əvvəlki açıqlamaları təkrarlayırsa, belə şəraitdə Rusiya silah almaq üçün Ermənistana kredit verməkdən imtina etməlidir: "Ancaq dünyadakı yeni vəziyyət bizə deyir ki, bundan sonra Rusiya bu kreditləri sadəcə Ermənistana verməyəcək və ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul da olmayacaq. Yalnız etnik bir erməni olan nazir Lavrov bu istiqamətdə bir növ fəaliyyətini təqlid edə bilər”.
Bəs, niyə Azərbaycanın mövcud vəziyyətdən yararlanmaması və Qarabağ məsələsində daha sərt siyasət yürütməməsinə gəldikə, Zülfüqarov belə cavab verib: "Bu sual nazir Elmar Məmmədyarova ünvanlanmalıdır. Məmmədyarov ilə Mnatsakanyan arasındakı görüşdən sonra məlum olduğu kimi, bu gün tərəflər yalnız koronavirusu müzakirə edirlər. Düşmən ölkələrin Xarici İşlər nazirləri arasında koronavirus mövzusunun müzakirəsi necə başa düşülməlidir? Məgər, onlar həkimlər və ya virusoloqlardır?” /Unikal.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi