Səfər Əbiyev: "Müharibə hələ bitməyib"

img

02-10-2013 [16:35]


Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni səfiri təyinatı münasibəti ilə təbrik edən müdafiə naziri Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı səfir Dimitrios Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən Səfər Əbiyev əks təqdirdə bölgədə arzu olunmayan ağır problemlərin yaranacağını vurğulayıb. Müharibənin hələ bitmədiyini xatırladan nazir diqqətə çatdırıb ki, tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri durmasa torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq.

Görüş zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA