Tağı Əhmədov Rövnəq Abdullayevə güzəştə getdi

img

02-10-2013 [16:00]


AFFA-nın Bakı Metropoliteninə müraciətinə cavab gəlib. Oktyabrın 15-dən 16-na keçən gecə metropolitenin işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Bakı Metropoliteninə müraciəti daxil olub. 


Hərəkət xidmətinin rəisi Hidayət Məmmədovdan alınan məlumata görə, müraciətə müsbət cavab verilib və metropoliten qeyd edilən vaxtda oyundan sonra, istisna hal kimi, son azarkeş-sərnişinə qədər xidmət göstərəcək.

Qeyd edək ki, adi vaxtlarda metropoliten hər gün səhər saat 6-dan gecə saat 12-yə qədər işləyir.

Xatırladaq ki, oktyabrın 15-də Azərbaycan milli futbol komandası Dünya Kuboku-2014-ün Avropa seçmə zonasında keçirilən yarışın qrup mərhələsi çərçivəsində Rusiya millisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və təxminən 24:00-da başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA