"Başqalarına "mız" qoymaqdan başqa heç nə bacarmayanlar..." - Tanınmış hüquqşünas İlqar Məmmədovun müdafiəsinə qalxdı
23-04-2020 [14:06]
“Dəfələrlə REAL-ın sədri İlqar Məmmədov haqqında tənqidi fikirlər yazmışam. Bu gün isə onun haqqında olan haqsızlıqlara susmayıb müdafiə etmək qərarına gəldim”.
Mia.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun bəraət almasına münasibət bildirərkən deyib.
Məlumat üçün deyək ki, bu gün Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, iş üzrə icraata bəraətverici əsasla xitam verib və qanunsuz həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi ziyana görə 234 min manatdan artıq kompensasiya təyin edib.
Aslan İsmayılov məhkəmənin bu qərarına sevindiyini bildirib və İlqar Məmmədovu tənqid edənləri qınayıb:
“Əlbəttə istənilən normal insan kimi məhkəmənin bu qərarına bir neçə səbəbdən sevindim. Birincisi, 5 ildən artıq həbsxana zülmü keçmiş bir şəxsin haqqının tanınmasına sevindim. Mən İlqarı yeni həbs olunanda həbsxanada görmüşdüm və onun azad olunub evinin yanında verdiyi müsahibəsini dinləyəndə elə zahirən hansı iztirablar keçirdiyini gördüm.
Bu gün onun vəkili Fuad Ağayevin və Altay Göyüşovun İlqarla bağlı yazılarına olan şərhlərin bəzilərini oxuduqca çoxlarının yerinə peşmançılıq hissi keçirdim və düşündüm ki, bizlər elə haqq etdiyimiz həyatı yaşayırıq. Ömürlərində mız qoymaqdan başqa heç nə bacarmayanlar, əllərindən bir iş gəlməyən, bir az zor görəndə dinindən, imanından keçməyə hazır olanlar bu gün İlqarı satqınlıqda ittiham edirlər.
Bir az vicdanı, əxlaqı olan şəxs “satqın” deməyin ən ağır təhqir olduğunu bilməmiş deyil. Vicdan, əxlaq demirəm, görəsən belələri heç olmasa Allahdan qorxurlarmı? Bilirlərmi ki, böhtan atmaq ən ağır və ən şərəfsiz addımdır? Belələri heç olmasa İlqarın 5 ildən artıq həbsxanada yatdığını, bunun nə olduğunu bilirlərmi?
İkincisi, ona görə sevindim ki, illərdir bütün şikayətlərə hökm əsaslıdır deyənlər bu gün qələt etdikləri barədə özləri qərar qəbul ediblər. İndi ən çox istədiyim onların tək bunu görməsi deyil, həm də cəzalanmalarıdır. O üzəduranları, bunun hesabına vəzifə, imtiyaz alanları da hamı tanımalı, onların şərəfsizliyini görməlidirlər.
Üçüncüsü, inanmaq istəyirəm ki, hamımız gözlədiyimiz islahatlara bu cür addımlar da təkan ola bilər.
Dördüncüsü, elə özüm bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsinin vəkillikdən xaric olunmağım barədə Azərbaycan məhkəmə qərarlarının ləğv olunub yenidən baxılmasına qaytarılması barədə qərarı almışam. Buna görə 7 il mübarizə aparmışam, sağlamlığımı itirmişəm, işsiz qalmışam. İndi mən də belə bir qərarı gözləyirəm. İstəmirəm ki, hansısa bir yaramaz məni də satqınlıqda ittiham etsin. İstəyirəm ki, üzümə durduğuna görə Səbail məhkəməsi hakimliyindən Bakı Apellyasiya məhkəməsinin hakimi gedən Elnur Həsənovu da hamı tanısın. O da layiqli cəzasını alsın. Əminəm ki, belələri cəzalandırılmasa bu alçaqlığı edənlərin sayı getdikcə çoxalacaq və hamı bunun dadını görəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi