Səməd Seyidov: “İşğalçının beynəlxalq qanuna meydan oxuyan bəyanatı, onları süquta və fəlakətə sürükləyəcək”
23-04-2020 [13:02]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatına münasibətini bildirib.
Mia.az-a açıqlamasında Səməd Seyidov xatırladıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli yanaşma əsasında nizamlanmasını nəzərdə tutan sənəd haqqında açıqlamasından sonra Ermənistanın xarici işlər naziri Zorab Mnatsakanyan isterik səciyyəli bir bəyanatla çıxış edib:
"Bu bəyanata əsas olan, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilən sənəd, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
Ermənistan XİN rəhbəri Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın faktiki olaraq gücsüzlüyünü göstərərək, regionda təhlükəsizliyə və sabitliyə böyük bir təhdidi özündə ehtiva etdiyini sübuta yetirdi. Faktiki olaraq, Z.Mnatsakanyan bu bəyanatla Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə çox ciddi zərbə vurmuşdur. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, Minsk qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər.
Biz dəfələrlə münaqişənin sülh və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğumuzu desək də, dünyaya, eləcə də beynəlxalq qanuna azğın və işğalçı bir bəyanatın şahidi olduq.
Mən bu bəyanatın hüquqi aspektlərini təhlil etmək fikrində deyiləm. Çünki bu mövqeyin nə dərəcədə beynəlxalq hüquqa zidd və cəfəngiyat xarakterli olduğunu hamı çox gözəl başa düşür. Mən bəyanatın ərsəyə gəlməsinin özü-özlüyündə bəzi beynəlxalq təşkilatların, Ermənistanı himayə edən dövlətlərin, yaxud da qurumların tamamilə məsuliyyətsiz, ikili standartlarla dolu bir siyasətin nəticəsi kimi qiymətləndirmənin labüd olduğunu qeyd etmək istəyirəm.
Təəssüf hissi ilə deməliyəm ki, Ermənistanın apardığı siyasət ciddi qınağa çevrilməyəndə, beynəlxalq qanunun tapdalandığı, hətta cinayətlərə hansısa formada bəraət qazandırmaq cəhdlərinin nəticəsində, bax belə məsuliyyətsiz, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan sözlərin, fikirlərin, bəyanatların meydana çıxdığını görürük. Bu gün biz hamımız regionda sabitliyin qorunması üçün çalışır, beynəlxalq qanunu bu regiona gətirmək istəyirik.
Amma bunun üçün ölkə prezidenti İlham Əliyevin dediyi kimi, Ermənistan dövlətinin apardığı siyasətin faktiki olaraq, insanlığa qarşı bir siyasət olduğunu dünya ictimaiyyəti başa düşməlidir. Dünya ictimaiyyəti anlamlıdır ki, Ermənistan hakimiyyəti, heç bir zaman nə insanları, nə insan hüquqlarını, nə də beynəlxalq qanunu düşünmür.
Regionda fəaliyyət göstərən nüfuzlu, təsir imkanlarına malik dövlətlərin də mövqeyini nəzərə almadan, bu qəbildən məsuliyyətsiz bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, bütün bunlarla daha öncə dediyim kimi, Ermənistanın gücsüzlüyü və ən əsası çıxılmaz bir vəziyyətə düşdüyünü göstərir. Cənab prezidentin apardığı hücum siyasəti, Münhendə, Davosda, eləcə də digər beynəlxalq arenalarda çıxış edərkən gətirdiyi və Ermənistanın iç üzünü tam şəkildə açan faktlar, onları danışıqlar prosesinə xələl gətirməyə məcbur edir.
Məhz bu təxribat burulğanında beynəlxalq qanunu tam şəkildə pozan bəyanata öz münasibətimizi bildirməli, heç bir ölkənin Azərbaycan ərazisində hər hansı bir qondarma rejimi yaradılmasının imkansızlığını, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunacağını bəyan etməliyik. Ölkə başçısı İlham Əliyevin dediyi kimi “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Ermənistan hökuməti və onun havadarları, nə qədər çox bu qəbildən olan bəyanatlar verərsə, fikir ifadə edərsə, qeyri-qanuni seçkilər keçirib beynəlxalq ictimaiyyət qarşısında özlərini ifşa edərsə, regiona sülh və əmin-amanlıq gətirmək istəyən qüvvələrə qarşı fəaliyyət göstərərsə, özlərini bir o qədər tez süquta və fəlakətə sürükləyəcəklər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi