ƏLİ ƏSƏDOVDAN SƏRT QƏRAR: Baş məsləhətçini davranışına görə vəzifədən çıxardı

img

23-04-2020 [12:30]


Mədəni davranış və peşəkarlıq tələblərini pozduğuna görə Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verilib. 

Nazirlər Kabinetindən Mia.az-a verilən məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (Covid-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Nazirlər Kabinetinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun dövlət qulluğuna xitam verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA