YENİ SPİKER OQTAY ƏSƏDOVUN KADRLARINI MM-dən TƏMİZLƏYİR - Bu dəfə xanım köməkçi yola salındı

img

23-04-2020 [10:38]


Milli Məclis Sədrinin köməkçisi işdən çıxarılıb.

Mia.az xəbər verir ki, Milli Məclis Sədrinin daha bir köməkçisi - Nigar Vaqif qızı Qasımova vəzifəsindən azad olunub.

Xatırladaq ki, ötən ay yeni spiker Sahibə Qafarova Milli Məclis sədrinin digər köməkçisi Füzuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilərək, parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin edib. 

Yeni Azərbaycan" qəzetinin əməkdaşı Aqşin Hümmətov Milli Məclis Sədrinin yeni köməkçisi vəzifəsinə təyin olunub.

Onu da qeyd edək ki, çıxarılan hər iki köməkçi Oqtay Əsədovun təyinatı ilə həmin vəzifələrə təyin olunmuşdular.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA