Koronavirusla bağlı 54 ölkə üzrə araşdırmanın nəticələri açıqlandı

img

21-04-2020 [17:52]


Avstraliya və Tayvandan olan bir qrup araşdırmaçı alim SARS-CoV-2-nin əhəmiyyətli mutasiyasını aşkarlayıblar.

Bu barədə yazı “BioRxiv” elmi resursunda dərc olunub.

Bildirilib ki, yeni növ koronavirus RNK-viruslara aid edilir. Ona yayılma dövründə yüksək templi mutasiya xasdır. 

Araşdırmaçılar koronavirus törədicisinin 106 örnəyinin genetik quruluşunu incələyiblər. Nümunələr ABŞ, Çin, İspaniya da daxil olmaqla 54 ölkədən toplanıb.

Mutasiya yanvarın 27-si Hindistandakı pasiyentdən alınmış nümunədə aşkarlanıb. Mutasiya virusun genomunu elə dəyişdirib ki, patogen zəifləməyə başlayıb və insan hüceyrələri ilə bağlantı qurmaq bacarığı azalıb. Beləliklə, virus insan üçün daha az təhlükəyə çevrilib.

SARS-CoV-2 həmçinin koronavirusun digər növü olan SARS virusu ilə müqayisə olunub. Müəyyən olunub ki, SARS-CoV-2-nin genomu SARS virusundan mutasiyalara qarşı daha dayanıqlı və stabildir. Alimlər ümid edir ki, SARS-CoV-2 genomunun dayanıqlığı vaksin hazırlama işlərini sürətləndirəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA