02-10-2013 [10:58]
Bu barədə Bizimyol.info saytına iddiaçının vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, "işburaxma müddəti üçün əməkhaqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi” tələbilə qaldırılmış iddiaya baxılma vaxtı hələlik məlum deyil.
Diplomatın bacısı, sabiq millət vəkili Gülnarə Qurbanova Azadlıq Radiosuna göndərdiyi məktubda bildirir ki, 2012-ci ilin fevralında Azərbaycanın Çexiyadakı səfirliyinə müşavir-elçi vəzifəsinə göndərilən İlqar Qurbanov nazir Elmar Məmmədyarovun əmri ilə 2012-ci il oktyabrın 1-dən vəzifəsindən geri çağrılıb.
Gülnarə Qurbanova deyir ki, diplomatik işçilər üçün uzunmüddətli xarici ezamiyyət qanuna görə ən azı 3 il olsa da, İlqar Qurbanovun «uzunmüddətli» ezamiyyəti bir neçə ay çəkib. Ezamiyyətdən qayıtdıqdan sonra 11 il çalışdığı «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsinə də bərpa etməyiblər: «İlqar Qurbanov 11 ildən çox bir müddətdə Azərbaycan Xarici İşlər Nazirliyinin «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsini icra edib. Nazirin əmrində 2012-ci il oktyabrın 1-də onun Çexiyadan geri çağrılması göstərilib. Diplomat bu əmrə əsasən Bakıya qayıdıb və elə oktyabrın 1-də katibliyə gedərək nazirin adına ərizə yazıb və 2001-ci ildən 2012-ci il fevralın 1-dək nazirlikdə çalışdığı «xüsusi tapşırıqlar üzrə səfir» vəzifəsinə bərpa edilməsini istəyib. Artıq bir il ötsə də, onun ərizəsinə indiyədək cavab verilməyib».
Gülnarə Qurbanova qardaşının Azərbaycan Xarici İşlər Nazirliyində 20 ildən çox çalışdığını və ölkə üçün onlarca diplomat hazırladığını vurğulayır: «XİN Kollegiyası Əsasnaməsinin müəllifidir. Kollegiya yaranan ilk gündən Çexiyaya ezam olunanadək oranın məsul katibi olub. Təbii ki, belə bir işçi, başqa bir ölkədə çoxdan xaricə səfir göndərilər və ya ən azı, Bakıda tutduğu vəzifədən iki pillə aşağı bir vəzifədən (müşavir-elçi vəzifəsi nəzərdə tutulur - red.) təcili geri çağrılıb evdə işsiz oturmazdı. Hətta çağrıldığı halda da ezam olunmadan əvvəlki vəzifəsinə bərpa olunardı. Amma bizim harada yaşadığımızı hər gün yadımıza salırlar».
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriElman Abdullayev bu məsələdə hər hansı problem görmür və bildirir ki, xarici ölkədən ezamiyyətdən qayıdan bütün diplomatlar qanun çərçivəsində eyni prosedurdan keçir: «Xaricdən ezamiyyətdən qayıdan şəxs, təbii ki, Xarici İşlər Nazirliyinə bərpa olunması ilə bağlı ərizə yazıb müraciət edir və bu müraciətlərə baxılır».
İlqar Qurbanov ötən əsrin 60-cı illərində Sovet Azərbaycanının rəhbərlərindən birinin - Şıxəli Qurbanovun oğludur. Tanınmış yazıçı-dramaturq olan Şıxəli Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi çalışdığı dövrdə Novruz Bayramının ilk dəfə dövlət səviyyəsində keçirilməsinə nail olmuş və xalqın böyük rəğbətini qazanmışdı. Ailəsi onun ölümünü məhz bu xidmətiylə əlaqələndirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi