Sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə güzəştlər ediləcək

img

02-10-2013 [10:56]



Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə təqdim edəcəkləri sənədlərlə bağlı güzəştlər olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişikliklər təklif olunur.

Dəyişiklik layihəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən əcnəbilər ölkədə əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə deyil, şəxsiyyətini təsdiq edən istənilən sənədi təqdim edə biləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA