Baş Prokurorluqda yeni regional şöbələr yaradılıb - SİYAHI
21-04-2020 [11:27]
Ölkəmizdə hüquq institutlarının möhkəmləndirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı təmin olunması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Dövlət başçısı tərəfindən 2019-cu il aprelin 3-də imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi və məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub:
"Müasir dövrün çağırışlarına cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, o cümlədən ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyan həmin Fərmanla müəyyən edilmiş vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə sistemli tədbirlər hazırlayaraq həyata keçirilib.
Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində dövlət başçısının tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihələri hazırlanaraq təqdim edilib.
Fərmanla məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilib və bu məqsədlə müvafiq komissiya yaradılmaqla bu sahədə vəziyyət ətraflı və dərindən təhlil olunub, beynəlxalq standartlar və xarici dövlətlərin təcrübəsi öyrənilib.
Məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha effektiv həyata keçirilməsi, vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi, əhalinin prokurorluğa müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə, Baş prokurorun 24 fevral 2020-ci il tarixli əmri ilə apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiyasına müvafiq olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu yenidən təşkil edilib və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri, eləcə də Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə və İttihamın təşkili və təhlili şöbələri təsis edilib.
Eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunaraq, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin nümayəndələrinin də iştirak etdiyi Müsabiqə Komissiyası yaradılıb. Müsabiqənin nəticələrinə əsasən idarənin prokuror və böyük prokuroru vəzifələrinə təyinatlar həyata keçirilərək ştat tərkibi 44 faiz yenilənib.
Bununla yanaşı, qeyd edilən sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı hazırlanaraq istifadəyə verilib.
Həmçinin, dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üzrə zəruri tədbirlərin görülməsi davam etdirilərək 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sitemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında müəyyən edilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən müvafiq sahəvi əmrlər imzalanıb.
Ümumilikdə, Fərmanın icrası vətəndaşlarımızın və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsinin yüksək tələblər səviyyəsində daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə, regionlarda hüquq institutlarının inkişafına, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında icrasının təmin olunmasına, şəffaflığın və işlərə baxılmasının keyfiyyətinin artırılmasına, o cümlədən cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istinad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsinə yönəlmiş məhkəmə təcrübəsinin formalaşdırılmasına və icra olunması mexanizminin təsbit edilməsinə xidmət edib.
Azərbaycan Respublikasının prokurorluq orqanları bundan sonra da öz fəaliyyətini dövlət başçısı tərəfindən göstərilən etimada layiq səviyyədə qurmaqla, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində üzərinə düşən vəzifələri daha da məsuliyyətlə yerinə yetirərərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi