TRAMPDAN NEFTLƏ BAĞLI PROQNOZ: "Bu, qısa sürəcək..."

img

21-04-2020 [10:35]


ABŞ-ın “WTI” (“Texas light”) markalı neftin qiymətinin hazırkı enməsi əsasən maliyyə təzyiqləri nəticəsində sürətlə baş verən hadisədir.

“TASS” xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə dilə gətirib.

“Bir ay əvvələ nəzər salın, məncə, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. Bu, sadəcə maliyyə təzyiqidir. Əvvəllər heç kim neftin qiymətinin mənfi olması barədə eşitməmişdi, ancaq bu, qısa müddət sürəcək”, - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.

“Rusiya, Səudiyyə Ərəbistanı, OPEK+ istehsalatı azaltdı. Fabriklər, müəssisələr bağlandı. Bizim çoxlu neftimiz var. İstehsalat sutkada 20 milyon barelədək azaldılacaq, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı 15 milyon bareli isə ciddi şəkildə azaltmaq lazım gələcək”, - deyə Tramp əlavə edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA