Əli Əsədov İqtisadiyyat Nazirliyi ilə bağlı qərar imzaladı

img

20-04-2020 [20:11]


Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.

Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət idi.                                                                                


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA