Bu il 1400 zəvvar Məkkəni pulsuz ziyarət edəcək

img

01-10-2013 [17:47]


Bu il müxtəlif ölkələrdən olan 1400 zəvvar Səudiyyə Ərəbistanı Kralının qonağı kimi Həcc ziyarətinə göndəriləcək. Bu barədə Səudiyyə Ərəbistanı kralı Abdullanın qərar verib.

"Arabnews”un yazdığına görə, qonaq kimi həcc ziyarətinə gedənlərin bütün xərcləri krallıq tərəfindən ödəniləcək.

Qonaqlar arasında İndoneziya, Banqladeş, Tailand, Filippin, Kamboca, Qırğızıstan, Şri-Lanka, Nepal, Əfqanıstan, Vyetnam, Malayziya, Sinqapur, Myanma(Birma), Laos, Cənubi Koreya, Maldiv, Bosniya, Xorvatiya, Çernoqoriya, Sloveniya, Slovakiya, Seyşel, Mavrikiya, Avstraliya, Yeni Zeelandiya, Fici, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Peru, Venesuella, Boliviya, Trinidad, Kamerun, Cənubi Sudan, və digər 40 Afrika ölkəsindən olanlar iştirak edəcək.

Krallığın naziri Saleh əş Şeyxin sözlərinə görə, son illərdə bu proqram çərçivəsində ümumilikdə Həcc ziyarətini 22 min zəvvar ziyarət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA