Mikayıl Cabbarov, Samir Şərifov və Elman Rüstəmova yeni vəzifə verildi - Sərəncam 

img

19-04-2020 [13:10]


"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.

Bununla da, MŞ üzvlərinin sayı 3-dən 5-ə çatıb. Digər 2 üzv əvvəlki qaydada Kənd təsərrüfatı naziri İnam Kərimov və Birinci vitse-prezidentin köməkçisi Xalid Əhədovdur. Şuraya Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir. 

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA