AzTV-nin sabiq sədrinin tutdurduğu keçmiş şəriki həbsdə öldü, daha biri isə türmədə ağır xəstədir
19-04-2020 [12:40]
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Qoçəli Cəbiyev iki gün əvvəl saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
Mia.az xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya mərhumun yaxınları məlumat verib.
Bildirilir ki, mərhum böyrək çatışmazlığından həyatını itirib. O, doğulduğu Şamaxı rayonunun Nağaraxana kəndində dəfn olunub. Q. Cəbiyevin həyat yoldaşı da ötən il vəfat edib.
Xatırladaq ki, Q. Cəbiyev məhkəmə prosesində bildirmişdi ki, istintaq zamanı ciddi təzyiqlərə məruz qalıb. Müstəntiq Kamal Talıbov ondan digər təqsirləndirilən Şücayət Əkbərovun üzünə durmağı, bunun müqabilində azadlığa çıxmağa şərait yaradacağını təklif edib. Amma o müstəntqin təklifindən imtina edərək Ş. Əkbərova şər atmayacağını deyib.
Arif Alışanovun həbs etdirdiyi Zöhrab Şirinov isə dəri xərçənginə tutulub. O, hazırda həbsdə müalicə ounur.
AzTV-nin keçmiş sədrinin eyni ittihamla həbs etdirdiyi daha bir məhbus - Şücayət Əkbərovun da səhhəti ağırdır. Onun qızı Cəmilə Tağıyeva “AzPolitika.info”-ya bildirib ki, atası iki dəfə açıq ürək əməliyyatı keçirib, ağır şəkər xəstəsidir: “Biz hər an onun başına bir iş gələcəyinin qorxusu ilə yaşayırıq. Arif Alışanov gücü, imkanları hesabına atamı və onunla birgə tutdurduğu şəxsləri şərlədərək həbsdə saxlayır. Biz bəlkə yüz dəfə hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciət etmişik, atamın günahsız olduğunu, ona böhtan atıldığını, istintaqın və məhkəmənin sifarişlə ona qarşı ağır ittihamlar düzüb-qoşub cəzalandırdığını yazmışıq. Bizi eşidən olmadı. Nəticə faciəli oldu, Qoçəli əmi həbsxanada dünyasını dəyişdi. Atamla bağlı ədalətsiz məhkəmə qərarı ləğv olunmasa, onun da aqibəti elə ola bilər” .
Cəmilə Tağıyeva növbəti dəfə Prezident İlham Əliyevə müraciət edərək atası ilə bağlı çıxarılmış əsassız məhkəmə qərarının ləğv olunmasına dəstək verməyi xahiş edib: “Hörmətli cənab Prezident! Ölkəmiz üçün ağrılı keçən bu pandemiya günlərində var gücünüzlə xalqımızı bu bəladan çıxarmaq üçün çalışırsız. Bu yaxınlarda həbsxanada cəza çəkən yaşlı məhbusların həyat və sağlamlığını düşünərək onları əfv etmisiniz. Mənim atam günahsızdır, ağır xəstədir, onun yaşamağa məcbur edildiyi həbs həyatına son verilməsə, həyatına ciddi təhlükə yarana bilər. Sizdən çox xahiş edirik, bu ədalətsizliyə müdaxilə edin, atam da Qoçəli əmi kimi həbsxanada həyata vida etməsin.”
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərova 18, Qoçalı Cəbiyevə 17, Zöhrab Şirinova 16, Aqşin Hüseynova isə 1 il 4 ay həbs cəzası verilmişdi. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların cəzası azaldılıb. Qərara əsasən, Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib. Lakin onlar bu qərardan da narazı qalıblar. Məhkəmədə də onların vəkilləri müvəkkillərinin günahsız olduğunu bildirərək, bəraət hökmü çıxarılmasını istəyiblər.
Üç nəfər Alışanov və yaxınlarına qarşı sui-qəsddə ittiham olunsa da, Aqşin Hüseynov isə ancaq qanunsuz silah saxlamaqda təqsirləndirilirdi.
İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov Alışanovun qətlinin müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Prosesin gedişində M.Namazov bu barədə polisə xəbər verib. Bundan sonra əməliyyat keçirilib və digər dörd nəfər həbs olunub.
M. Namazov özü isə məsuliyyətdən azad edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi