Britaniya COVD-19 əleyhinə hələ kliniki tədqiqatlardan keçməyən vaksin istehsal edəcək

img

19-04-2020 [10:02]


Böyük Britaniya COVD-19 əleyhinə hələ kliniki tədqiqatlardan keçməyən vaksin istehsal edəcək.

Bu barədə Oksforddakı Cennerovsk İnstitutunun direktoru Adrian Hillə istinadən "SkyNews" telekanalı bildirib.

Alim qeyd edib ki, bu addımın məqsədi sentyabrda milyon ədəd vaksin istehsal etmək və dərmanın effektivliyini sübut edəcəyi təqdirdə onun istifadəsinə başlamaqdır.

"Hələlik bu sınaqlar davam edir, biz risklə istehsala başlamalıyıq, testlər uğursuzluğa düçar ola bilər", - Hill deyib.

Onun sözlərinə görə, alimlər sentyabrda dərmanın milyon doza ətrafında hazır olacağını gözləyirlər. Bu halda Hill onun şanslarını da qiymətləndirib. Alim bildirib ki, yeni vaksin 80 faiz müvəffəqiyyətli olacaq.

Qeyd edək ki, vaksin "ChAdOx1 nCoV-19" adını alıb. Dərman şimpanzenin zərərsiz virusu əsasında istehsal edilir. Onun tərkibinə koronavirus kodunun genetik hissəsi əlavə edilib. Belə texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyi göstərib.

Britaniya COVID-19 pandemiyasından zərər çəkən ölkələrdən biridir. Son gündə bu ölkədə 888 nəfər COVID-19-un qurbanı olub.

Bununla da Birləşmiş Krallıqda xəstəlikdən ölənlərin sayı 15 464-ə çatıb. Yoluxma faktlarının sayı daha 5 526 nəfər artaraq 114 217-yə yüksəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA