Koronavirus ötən ilin sentyabrından yayılmağa başlayıb - Alimlərin araşdırması

img

18-04-2020 [18:02]


Yeni növ koronavirusun (SARS-CoV-2) yayılması dekabrda deyil, sentyabrda başlamış ola bilər.

Bu qənaətə Kembric Universitetinin araşdırmaçıları gəliblər.

Araşdırmada bildirilib ki, koronavirusun yayılmağa başlaması ötən ilin sentyabrında Uhandan cənubda gerçəkləşmiş ola bilər.

Virusun kökünü araşdıran alimlər onun yayılmağa başladığı tarixin 13 sentyabr – 7 dekabr arası olduğunu iddia ediblər.

Alimlər bunu genlərin mutasiya yolu ilə orqanizmlərin qlobal hərəkətini xəritələyən riyazi alqoritm olan filogenetik şəbəkədən istifadə edərək təhlil ediblər.

“Virus insandan insana ötürülə bilmə xüsusiyyətini son mutasiyasından bir neçə ay öncə əldə etmiş ola bilər, ancaq başqasına keçmədən bir neçə ay bir heyvan və ya insanın içində olub. Sonra isə 13 sentyabr – 7 dekabr aralığında insanlararası yayılmağa başlayıb”, - Kembric Universitetinin genetika üzrə mütəxəssisi Piter Forster açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA