Sabiq icra başçısı ilə deputatın oğlanları da vəzifədən azad edildi - Yeni spikerdən daha bir maraqlı qərar

img

18-04-2020 [15:45]


Milli Məclisdə kadr islahatları davam etdirilir.

Mia.az "Report"a istinadla xəbər verir ki, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Bundan əlavə, Yevlaxın deputatı İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Xatırladaq ki, İ.Məmmədovun Gəncə və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyevin sadiq kadrlarından olması sirr deyil.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA