Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb

img

01-10-2013 [14:07]


Deputat Milli Məclisdə seçicilərlə görüşüb Səbail rayonu 29 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Fuad Muradov parlamentdə seçiciləri ilə görüşüb. 

20 nəfər seçicini qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib. Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA