Sankt-Peterburqda 100-dən çox tibb işçisində koronavirus aşkarlanıb

img

17-04-2020 [14:45]


Rusiyanın Sankt-Peterburq şəhərində 100-dən çox tibb işçisində koronavirus aşkarlanıb.

Bu barədə Peterburq Şəhər Səhiyyə Komitəsindən məlumat verilib.

Bildirilib ki, şəhərdə COVİD-19 virusuna yoluxan hər 15 nəfərdən biri tibb işçisidir.

Qeyd edək ki, son sutka ərzində Sankt-Peterburqda 1507 nəfər koronavirusa yoluxub. Peterburq koronavirusa yoluxma hallarına görə, Rusiya regionları arasında Moskva və Moskva ətrafından sonra üçüncü yerdə qərarlaşıb. İndiyə kimi şəhərdə virusdan ölənlərin sayı 7, sağalanların sayı isə 192 nəfərdir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA