Gənclər vətəndaş cəmiyyəti quruculuğunu müzakirə ediblər

img

01-10-2013 [14:05]


"Azərbaycan İnkişaf Mərkəzi” İctimai Birliyi Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti quruculuğu prosseslərinin sürətləndirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirini keçirib.

Toplantıda Azərbaycan İnkişaf Mərkəzinin sədri Heydər Atayev layihənin məqsədi barədə danışıb. Sonra ekspert Pərvanə Məmmədova bildirib ki, tədbirin xüsusi məqsədi ölkədəki ictimai yönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların bacarığlarının artırılmasıdır.

"Keçirdiyimiz təlimlər vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün bir sıra imkanlar yaratdı. Vətəndaş cəmiyyəti və ictimayyət içində həyata keçirilən sorğular, vətəndaş cəmiyyəti təlimi bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək.”-deyə P. Məmmədova vurğulayıb.

Tədbir çərçivəsində ictimayyət arasında ölkənin vətəndaş cəmiyyəti təşəbüslərində fəallığı ilə bağlı sorğu aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA