Prezidentin köməkçisi: "Karantin rejimi dərhal ləğv olunmamalıdır"

img

16-04-2020 [17:14]


"Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə dəyişmə tendensiyası mövcuddur: "Bu əsasda növbəti addımlar atılır. Xəstəliyə yoluxma halı və areal nəzarət altındadır. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruri olur".

H.Hacıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən karantin rejimi dərhal ləğv olunmamalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA