Azərbaycanda 30 yeni yoluxma qeydə alınıb, 56 nəfər sağalıb

img

16-04-2020 [17:09]


Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 56 nəfər evə buraxılıb və 2 nəfər vəfat edib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 1 283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA