Baş Prokurorluqdan Eldar Namazova mesaj: "İddialar araşdırılır və lazımı tədbirləri görəcəyik"

img

01-10-2013 [12:00]



"El” Hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun prokurorluğa vediyi açıqlamalar araşdırılır. Bu sözləri Baş Prokuror Zakir Qaralov jurnalistlər açıqlaması zamanı söyləyib. Onun sözlərinə görə, Əflan İbrahimovun ifadəsinə uyğun olaraq, milli şuranın fəliyyəti araşdırlacaq və qanunsuz etdikləri hallar aşkar edilsə lazımı tədbirlər görüləcək.

Baş prokuror, hər hansı bir qanunsuz hərəkətin qanunun gücü ilə aradan qaldırılacağını deyib: "Bu gün ölkə ərazisində seçki prosesi davam edir. Bütün namizədlər üçün lazımi şərait yaradılıb. Əflan İbrahimovun ərizəsindən və təqdim etdiyi bəzi sənədlərdən görünür ki, Milli Şura tərəfindən seçki öncəsi və seçkidən sonra bəzi qanunsuz addımlar atılıb. Bu şikayətin bizim tərəfimizndən araşdırılması çox ciddi şəkildə davam etdirirlır. Hər kəs bilməlidir ki, hər hansı qanunsuz hərəkət baş versə, qanunun gücü ilə onun qarşısı alınacaq”.

Qeyd edək ki, Milli Şuaranın sabiq sədr müavini olan Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın üzvlərini ölkədə mövcud olan ictimai-siyasi sabitliyi pozmaqda ittiham edib. O Milli Şura üzvlərini Azərbaycanın müxtəlif yerlərində seçki ərəfəsində iğtişaşlar törədilməkdə günahlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA