"Elşad Abdullayev Azərbaycana ekstradisiya olunacaq"

img

01-10-2013 [11:24]


Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin ekstradisiyası ilə jurnalistlərə açıqlama verən  Baş prokuror Zakir Qaralov buna nail olacaqlarını deyib. O, "Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq” - deyib.

Zakir Qaralov Elşad Abdullayevin Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsində şöbə prokuroru vəzifəsində i.ləyən qardaşı  Elsevər Abdullayevin haqqındakı xüsusi qərardaddan da danışıb. Deyib ki, Elsevər Abdullayev prokurorluqda işləsə də, onunla bağlı araşdırmalar hələ də davam edir.

Xatırladaq ki,  sabiq rektor Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının alqı-satqısı) və 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddələri ilə Nəsimi rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA